ABŞ-ın yeni HHM sistemi nüvə silahlarının da qarşısını alacaq

ABŞ-ın yeni Hava Hücumundan Müdafiə Sistemləri “Qızıl Qübbə”, digər silahlarla yanaşı həm də nüvə silahlarının qarşısını almaq üçün nəzərdə tutulacaq.

APA xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset Ağ Evdə çıxış edərkən deyib.

“Biz vətənimizi qanadlı, ballistik, hipersəs raketlərindən, adi və ya nüvə silahına malik pilotsuz təyyarələrdən qoruyacağıq”, – o bildirib.

O, yeni HHM sisteminin yaradılmasını ABŞ-ın təhlükəsizliyinə mühüm investisiya adlandırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.