ABŞ Tehrana maksimum təzyiq göstərmək üçün İrana qarşı “İqtisadi Qəzəb” əməliyyatına başlayıb.
Azpost.info bildirir ki, bu barədə ABŞ müharibə naziri Pit Heqset mətbuat üçün brifinqində bildirib.
“ABŞ maliyyə naziri Skott Bessent bütün hökuməti səfərbər edərək İrana iqtisadi təzyiqi maksimum dərəcədə artıraraq “İqtisadi Qəzəb” əməliyyatına başlayıb”, – deyə o bildirib.
Hegset həmçinin Tehranı ABŞ-ın bombardman kampaniyasını gücləndirməyə hazır olması barədə xəbərdar edib və Tehranı “ağıllı seçim etməyə” çağırıb.
O, əlavə edib ki, dünya ABŞ qoşunlarının böyük döyüş əməliyyatları aparmaqdan I dərəcəli blokada tətbiq etməyə asanlıqla keçdiyini gördü.