ABŞ İranda pilotu ürək döyüntüsü ilə tapıb- Yeni məxfi cihaz ilk dəfə istifdə olunub

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranın cənubunda vurulan ikinci amerikalı pilotun yerini müəyyən etmək və xilas etmək üçün “Ghost Murmur” adlı yeni futuristik alətdən istifadə edib.

Azpost.info bildirir ki, bu barədə “The New York Post” xəbər verir.

Media xəbərlərinə görə, bu gizli texnologiya insanın ürək döyüntüsünün elektromaqnit izini aşkar edir. Cihaz uzun mənzilli kvant maqnitometriyasından istifadə etməklə hazırlanıb. Qurğu izi fon səs-küyündən ayırmaq üçün məlumatları süni intellekt proqram təminatı ilə birləşdirir.

Bu, kəşfiyyat agentliyinin alətdən sahədə ilk istifadəsi olub. Bazar ertəsi günortadan sonra ABŞ prezidenti Donald Tramp və MKİ direktoru Con Retkliff Ağ Evdə keçirilən brifinqdə bu barədə danışıblar.

Proqramla tanış olan bir mənbə nəşrə bildirib ki, bu, nəhəng stadionda səs eşitmək kimidir. “Düzgün şərtlər altında, ürəyiniz döyünürsə, sizi tapacağıq”.

Ghost Whisper aerokosmik nəhəngin olan Skunk Works tərəfindən hazırlanıb.

İkinci mənbə texnologiyanın gələcəkdə F-35 qırıcı təyyarələrində istifadə üçün Black Hawk helikopterlərində uğurla sınaqdan keçirildiyini bildirib.

İtkin düşmüş və yaralı silah sistemləri zabiti ötən həftənin sonlarında F-15-i vurulduqdan sonra dağ yarığında gizlənib və İran qüvvələri amerikalı üçün ərazini araşdırarkən səhrada iki gün sağ qalıb.

Mənbəyə görə, səhra mənzərəsi Ghost Whisper-in ilk əməliyyat istifadəsi üçün idealdır.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.