Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. "Apasport" xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. İspaniya "Real"ı alman təmsilçisi "Bavariya"nı qonaq edib. 3 qolun vurulduğu matçda "kral klubu" rəqibinə 1:2 hesabı ilə məğlub olub. İngiltərənin "Arsenal" komandası isə Portuqaliyanın "Sportinq"ini sınağa çəkib. "Topçular" rəqibinə minimal hesabla qalib gəlməyi bacarıb - 1:0. UEFA Çempionlar Liqası 1/4 final mərhələsi İlk oyunlar 7 aprel 23:00 "Real" - "Bavariya" 1:2 23:00 "Sportinq" - "Arsenal" 0:1

AzPost.az