ABŞ İranın 6 milyard dollarını geri qaytarır- RAZILAŞMA (“Reuters”)

ABŞ və İran arasında imzalanan əsir mübadiləsi sazişi çərçivəsində dondurulmuş İran aktivlərinin 6 milyard dolları Cənubi Koreyadan Qətərə köçürüləcək.

Azpost.info xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bununla bağlı sənəd imzalayıb.

“Reuters”in məlumatına görə, İran tərəfindən saxlanılan 5 ABŞ vətəndaşı pul köçürmələri və 5 iranlının azadlığa buraxılması müqabilində sərbəst buraxılacaq və onların ölkəni tərk etməsinə icazə veriləcək.

Azpost.info

Əvvəlki məqalə

Əhali ilin əvvəlindən ərzaq məhsullarına nə qədər pul xərcləyib?

Sonrakı məqalə

“Avropa ölkələri “Putinin cibinə” pul qoymağa davam edirlər”