“Avropa ölkələri “Putinin cibinə” pul qoymağa davam edirlər”- “Spiegel”

Ukrayna münaqişəsini pisləmələrinə baxmayaraq, Avropa ölkələri Rusiya qazını almaqda davam edirlər.

Azpost.info xəbər verir ki, bu barədə “Spiegel” nəşri yazır.

Yazıda qeyd olunur ki, 2023-cü ilin əvvəlindən tədarükün həcmi 5,3 milyard avro təşkil edib.

“Avropa ölkələri münaqişəni pisləsələr də, Putinin cibinə pul qoyurlar. 2023-cü ilin ilk yeddi ayında avropalılar Rusiyadan demək olar ki, 5,3 milyard avro dəyərində mayeləşdirilmiş təbii qaz alıblar. Avropa ölkələri hələ də Rusiya tədarükündən asılıdır”, – nəşr yazır.

Azpost.info

Əvvəlki məqalə

ABŞ İranın 6 milyard dollarını geri qaytarır

Sonrakı məqalə

AFFA Ermənistan – Xorvatiya oyunundakı təxribatla bağlı bəyanat yayıb