Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ İranla bağlı strategiyasını dəyişdi –

User 27 İyul 2026 - 16:00 (Last updated: 27 İyul 2026 - 15:56)
iran abs xerite

ABŞ administrasiyası İranla bağlı strategiyasını dəyişərək uzunmüddətli “tükəndirmə kampaniyası” modelinə keçib.

Azpost.info bildirir ki, Livanın “Nidaa al-Watan” qəzetinin məlumatına görə, Vaşinqtonda artıq Tehrana təzyiqin nə vaxt başlayacağı deyil, onun hansı həddə qədər davam etdiriləcəyi müzakirə olunur.

Məlumata əsasən, ABŞ-ın əsas məqsədi İranı seçim qarşısında qoymaqdır: ya Vaşinqtonun şərtləri ilə tam razılaşmaq, ya da rejimin süqutuna gətirib çıxara biləcək misli görünməmiş daxili böhranla üzləşmək.

Nəşrin adının açıqlanmasını istəməyən mənbələri bildiriblər ki, Ağ Ev Tehranı ABŞ-ın baxışlarını tam əks etdirən sazişi imzalamağa məcbur etmək niyyətindədir. Vaşinqton İranın vaxt uzatmağa hesablanmış hər hansı kompromis variantına razı olmayacaq.

Qeyd olunur ki, bu sərt mesaj Livan Prezidenti Cozef Aunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı da Beyruta çatdırılıb.

Yeni hədəflər müəyyənləşdirilir

Yeni strategiya genişmiqyaslı hərbi əməliyyatlardan daha çox İranın iqtisadi və logistik imkanlarını sistemli şəkildə zəiflətməyə yönəlib. Nəşrin yazdığına görə, ABŞ-ın təzyiqi artıq yalnız nüvə və hərbi obyektlərlə məhdudlaşmayacaq.

Yeni hədəflər sırasına aşağıdakılar daxildir:

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) mühüm obyektləri və logistika şəbəkəsi;

dövlət qurumları;

əsas nəqliyyat qovşaqları, körpülər və magistrallar;

təchizat xətləri, elektrik stansiyaları və enerji infrastrukturu.

Daxili böhran hesabı

Məlumata görə, Vaşinqton strategiyasını İrandakı daxili siyasi vəziyyəti nəzərə alaraq qurur. ABŞ hesab edir ki, hakimiyyətə gəldiyi bildirilən Müctəba Xameneyi hələ də mövqeyini tam möhkəmləndirə bilməyib. Onun səhhəti ilə bağlı yayılan məlumatlar isə ölkədəki qeyri-müəyyənliyi daha da artırır.

Nəşr qeyd edir ki, İran iqtisadiyyatının zəiflədilməsi və Tehranın regional təsir imkanlarının məhdudlaşdırılması Yaxın Şərqdə, xüsusilə Livanın cənubunda vəziyyətin sabitləşməsinə də təsir göstərə bilər.

Bu həftə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Bred Kuperin Beyruta səfəri gözlənilir. O, bölgədəki vəziyyəti qiymətləndirəcək və avqustun 4-də Romada keçiriləcək mühüm strateji görüş ərəfəsində demilitarizasiya zonalarının genişləndirilməsini müzakirə edəcək.

Nəşr vurğulayır ki, ABŞ administrasiyası üçün rəqibi tükəndirmək artıq sadəcə taktiki vasitə deyil, İran siyasətinin əsas strateji istiqamətinə çevrilib və Tehrana təzyiqin qarşıdakı dövrdə daha da güclənəcəyi gözlənilir.

N.Talıbov

AzPost.az

Post navigation

Previous: “Rusiya Ukraynada qarşıya qoyduğu bütün məqsədlərə nail olacaq” –
Next: Hövsanda faciə-

Oxşar xəbərlər

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
miqrantefqan
  • Dünya

Tramp 150-dən çox əfqanı deportasiya edir

User 31 Oktyabr 2026 - 10:41

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.