ABŞ-la İran arasında Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma bu gün və ya sabah əldə oluna bilər.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində deyib.
“İranlılarla danışıqlar aparırıq. Hörmüz boğazının açılması və münaqişədə daha normal vəziyyətə keçidlə bağlı bu gün və ya sabah razılıq əldə etmək ehtimalı var”, – Bessent bildirib.
Onun sözlərinə görə, mümkün razılaşma Hörmüz boğazından kommersiya gəmilərinin sərbəst hərəkətini nəzərdə tutur.
“Bu, gəmiçiliyin sərbəstliyi olacaq”, – ABŞ maliyyə naziri vurğulayıb.