“ABŞ Kiyevin yaxın həftələrdə başlayacaq əks-hücumunu dəstəkləyəcək”- BLİNKEN

“Krımın qaytarılması ilə bağlı qərarı Kiyev verməlidir”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, Ukrayna demokratik ölkədir və ölkə prezidenti Vladimir Zelenski idarəçiliklə bağlı məsuliyyət daşıyır.

Blinken əlavə edib ki, ABŞ və bir çox başqa ölkələr Ukraynanın yaxın həftələrdə başlayacaq əks-hücumunu dəstəkləyəcək.

Öz növbəsində Zelenskinin ofisi bildirib ki, Kiyev döyüş meydanında öz məqsədlərinə nail ola bilsə və Ukrayna Silahlı Qüvvələri Krımla sərhədə çatsa, o zaman Ukrayna hakimiyyəti yarımadaya sahiblik məsələsini müzakirə etmək üçün “səhifəni açmağa” hazır olacaq.

Daha sonra Ukrayna prezidentinin müşaviri Mixail Podolyak əks-hücumun başlaması üçün dörd şərti açıqladı. Onun sözlərinə görə, ölkə silah toplamalı, hərbçilərə təlim keçməli, əməliyyatı planlaşdırmalı, informasiya hücumları həyata keçirməlidir.

Azpost.info

Əvvəlki məqalə

3 ayda ölkəyə neftdən 2 milyard 646 milyon dollar gəlir gəlib –

Sonrakı məqalə

“İran sülh bağlamaq istədiyinə görə Paşinyanı devirmək istəyirdi” –