3 ayda ölkəyə neftdən 2 milyard 646 milyon dollar gəlir gəlib –RƏQƏMLƏR

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 3 ayı ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

ARDNF-dən Azpost.info-ya verilən məlumata görə, AÇG yatağından – bu ilin əvvəlindən aprelin 1-i tarixinə 2 044 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə ilin əvəəlindən 1 aprel tarixinə 646,359 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 128,166 mln. ABŞ dolları təşkil edib.

Əvvəlki məqalə

Spiker İran parlamentini Azərbaycana qarşı təxribatlara son qoymağa çağırıb

Sonrakı məqalə

“ABŞ Kiyevin yaxın həftələrdə başlayacaq əks-hücumunu dəstəkləyəcək”