ABŞ 2023-cü ildə son hərbi yardım paketi çərçivəsində Ukraynaya 250 milyon dollar dəyərində silah və avadanlıq verəcək.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Pentaqon bildirib ki, bu vəsait Kiyevə 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, HIMARS reaktiv yaylım atəş sistemləri və NASAMS zenit-raket sistemləri üçün əlavə döyüş sursatları, hava hücumundan müdafiə sistemi komponentləri, TOW raketləri, Javelin, AT-4 tank əleyhinə sistemləri, həmçinin 15 milyondan çox atıcı silah, partlayıcı sursat, ehtiyat hissələri və tibbi avadanlıq göndərmək üçün istifadə olunacaq.
Ukrayna daha əvvəl xəbərdarlıq etmişdi ki, ABŞ əlavə yardım göstərməsə, dekabrın sonunda ölkənin Rusiya ilə müharibəni davam etdirmək üçün vəsaiti tükənəcək. Belə olan halda təmas xətti dəyişə və Ukrayna qüvvələri böyük itkilərlə geri çəkilmək təhlükəsi ilə üzləşə bilər.
Azpost.info