ABŞ Narkotiklərlə Mübarizə İdarəsi Kolumbiya prezidenti Qustavo Petronu “prioritet hədəf” elan edib.
Azpost.info bildirir ki, bu barədə Associated Press məlumatlı mənbələrə və Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) sənədlərinə istinadən məlumat verib.
Xəbər agentliyinin məlumatına görə, Nyu-Yorkdakı federal prokurorlar Petronun narkotik ticarəti ilə bağlı iddiaları araşdırır.
“Prioritet hədəf” təyinatı ABŞ Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik ticarətinə “əhəmiyyətli təsir” göstərdiyi hesab edilən şübhəlilərə verilir.
DEA-nın hesabatlarına görə, Gustavo Petro 2022-ci ildən bəri çoxsaylı araşdırmaların mövzusu olub və bunların bir çoxu gizli məlumat verənlərlə müsahibələrə əsaslanıb.
Bu araşdırmaların bəziləri Meksika Sinaloa narkotik kartelinin Petronun prezidentlik kampaniyası üçün narkotik ticarəti ilə bağlı iddia edilən maliyyələşdirmə ilə bağlıdır. Sənədlərdə həmçinin Kolumbiya polisinin ölkə limanlarından kokain və fentanil qaçaqmalçılığında iştirakı barədə məlumatlar var.
Qustavo Petro narkotik ticarəti ilə bağlı bütün əlaqələrini təkzib edib və seçki kampaniyası zamanı onlardan heç vaxt ianə qəbul etmədiyini iddia edib.