ABŞ Konqresi Haaqa Məhkəməsinə qarşı sanksiyaları təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Qəzzadakı müharibə ilə bağlı İsrail rəsmilərinin həbsinə order verilməsini tələb edən Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqi haqqında qanun layihəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” yazır.

Qanun layihəsini Respublikaçılar Partiyası hazırlayıb. Layihənin lehinə 247 nəfər, əleyhinə isə Demokratlar Partiyasından olan 155 konqresmen səs verib.

Qanun layihəsinə görə, Vaşinqton BCM-nin sanksiyaya məruz qalan rəsmilərini ABŞ vizalarından məhrum etməyi və onlara ölkədə daşınmaz əmlak əməliyyatları aparmağı qadağan etməyi planlaşdırır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.