ABŞ Konqresi Ukraynaya silah yardımı üçün “lend-liz” qanununa baxacaq –BU GÜN

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya silah tədarükünü sürətləndirəcək “lend-liz” haqda qanun layihəsini razılaşdırıb.

Azpost.info xəbər verir ki, sənəd baxılmaq üçün Konqresin aşağı palatasına təqdim edilib.

Nümayəndələr Palatasında respublikaçıların lideri Kevin Makkartin bununla bağlı səsvermənin bu gün keçiriləcəyini bildirib.

Xatırladaq ki, aprelin 7-də ABŞ Senatı silahların sürətlə tədarükü haqqında qanun qəbul edib. Sənəd Ukraynaya sadələşdirilmiş prosedur əsasında silah göndərilməsinə kömək edəcək.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya donanması Ukraynaya zərbə endirmək qabiliyyətini saxlayır” –

Sonrakı məqalə

Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” beynəlxalq forumu keçirilir