ABŞ Konqresində gürcü siyasətçilərinə qarşı sanksiya layihəsi hazırlanır

ABŞ gürcü siyasətçilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Azpost.info bildirir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Sızdırılan qanun layihəsi hakim partiyanın deputatlarını və hüquq-mühafizə orqanlarının əməkdaşlarını, habelə ölkədəki mümkün Rusiya agentlərini hədəf alır.

ABŞ Konqresinə təqdim ediləcək yeni qanuna əsasən  Gürcüstanın Rusiya tipli “xarici agent” qanununun tətbiqinə cavabdeh olan məmurlar aktivlərin dondurulması və səyahət qadağaları ilə üzləşə bilər.

Qanun layihəsində xəbərdarlıq edilir ki, hakim “Gürcü Arzusu” partiyası getdikcə daha çox, daha qeyri-liberal dönüşün bir hissəsi kimi Rusiyayönümlü siyasət yürüdür.  Tbilisinin ABŞ və digər Qərb demokratiyasını təşviq edən təşkilatlara, habelə yerli və beynəlxalq qurumlara açıq hücumlar təşkil etdiyi qeyd olunur.

Cənubi Karolinadan olan  respublikaçıların nümayəndəsi Co Uilson qanun layihəsini bu gün təqdim edəcək.

Əvvəlki məqalə

Bakıda məşhur “Molokan bağı” yenidən qurulacaq –

Sonrakı məqalə

İranda beş günlük matəm elan edilib