“ABŞ-la Rusiyanın əməkdaşlığı 20 ildən sonra mümkün olacaq” –ROQOZİN

“ABŞ-ın kosmik sektorda tərəfdaşlarla bağlı siyasəti 15-20 ildən sonra yaxşılığa doğru dəyişə bilər. Bundan sonra yenidən səmərəli əməkdaşlıq mümkün olacaq”.

Azpost.info RİA-Novosti-yə istinadən bildirir ki, bu sözləri “Roskosmos”un Baş direktoru Dmitri Roqozin bildirib.

“ABŞ bəlkə də o zaman tamam fərqli bir dövlət olacaq. O vaxta qədər onlar Rusiyaya və digər ölkələrə yağdırdıqları zəhəri, aqressiyalarını cilovlamağı öyrənəcəklər. Ola bilsin o vaxta qədər onların bombaları tükənəcək”.

Roqozin deyib ki, ondan sonra Aya və ya Marsa birgə missiyaların iştirakçılarının siyahısı genişlənəcək. Onun fikrincə, bu barədə aparıcı kosmik güclər birgə qərar verməlidir.

Bundan əvvəl, aprelin 4-də Roqozin bildirib ki, Roskosmos rəhbərliyi Ukraynaya hərbi dəstək verən dövlətlərlə birgə işləməyə davam etməyəcək.

Azpost.info

Əvvəlki məqalə

“Mariupolda on minlərlə insan həlak olub” –

Sonrakı məqalə

“Ericsson” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını bəyan edib