“Ericsson” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını bəyan edib

İsveçin məşhur telekommunikasiya şirkəti olan “Ericsson” Rusiyadakı fəaliyyətini dayandırdığını bəyan edib.

Azpost.info bildirir ki, bu barədə şirkətin bu gün yaydığı məlumatda deyilir.

“Ericsson” Rusiyada işini qeyri-müyyən müddətə qədər dayandırır.

““Fevralın sonunda “Ericsson” Rusiyadakı müştərilərə bütün çatdırılmaları dayandırıb. Son hadisələr və Avropa Birliyinin sanksiyaları fonunda şirkət indi Rusiyadakı müştəriləri ilə fəaliyyətini qeyri-müəyyən müddətə dayandıracaq. Ericsson bununla bağlı müştəriləri və tərəfdaşları ilə müzakirələr aparır. Prioritet Rusiyada Ericsson işçilərinin təhlükəsizliyini və rifahını təmin etməkdir. İşçilər ödənişli məzuniyyətə buraxılacaqlar”-deyə rəsmi açıqlamada vurğulanıb.

Əvvəlki məqalə

“ABŞ-la Rusiyanın əməkdaşlığı 20 ildən sonra mümkün olacaq” –

Sonrakı məqalə

Borrel Avropa İttifaqının xarici işlər nazirləri ilə Ukraynanı müzakirə edəcək