ABŞ miqrantlara 1 milyard dollardan çox kompensasiya ödəyəcək

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası keçmiş prezident Donald Trampın apardığı miqrasiya siyasəti nəticəsində ölkənin cənub sərhədini keçəndən sonra ailəsindən ayrılan miqrantlara kompensasiya ödənilməsi imkanlarını nəzərdən keçirir.

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazır.

Məlumata əsasən, sözügedən kompensasiyalara büdcədən 1 milyard dollardan artıq vəsaitinin ayrılması planlaşdırılır.

Bildirilir ki, layihə ilə ölkənin Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və Səhiyyə və Sosial Xidmətlər Nazirliyi məşğul olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda narkotacirlər tutulub

Sonrakı məqalə

Milli Məclisin iclası başlanıb