ABŞ nümayəndələri İranla danışıqlar üçün Pakistana yola düşüb –TRAMP

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün Pakistana yola düşüb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “The New York Post” qəzetinə bildirib.

O qeyd edib ki, İranla danışıqlar aparacaq ABŞ nümayəndə heyətini daşıyan təyyarə bir neçə saat ərzində İslamabada eniş edəcək.

ABŞ Prezidenti Vensdən başqa xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşnerin də nümayəndə heyətində təmsil olunduğunu qeyd edib.

AFR yaydığı məlumata görə isə ABŞ-a məxsus hərbi və sərnişin təyyarələri artıq Pakistan hava limanına enib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.