ABŞ öz vətəndaşlarına Belarusu Polşa vasitəsilə tərk etməyə icazə verdi

ABŞ vətəndaşları Belarusu Polşa ərazisi vasitəsilə tərk edə bilərlər.

Azpost.info xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsinin mətbuat xidməti bildirib.

Varşava amerikalılara Terespoldakı sərhəd keçidindən istifadə etməyi təklif edir.

“ABŞ səfirliyinin öz vətəndaşlarına Belarus ərazisini tərk etmələri ilə bağlı təcili müraciətinə cavab olaraq Polşa Sərhəd Mühafizəsi bildirir ki, onlar Polşaya Terespoldakı sərhəd keçidindən keçə bilərlər”, – məlumatda deyilir.

Bundan əvvəl ABŞ-ın Minskdəki səfirliyi öz vətəndaşlarını dərhal Belarus ərazisini tərk etməyə çağırıb. Buna səbəb Aİ ölkələri ilə sərhəddə sərhəd-keçid məntəqələrinin tezliklə bağlanmasıdır.

Səfirlik bildirib ki, vətəndaşlar Litva və Latviyadakı keçidlərdən istifadə edə və ya ölkədən hava yolu ilə çıxa bilərlər. Eyni zamanda, amerikalı diplomatlar Belarusdan Rusiya və ya Ukrayna ərazisindən çıxmağı tövsiyə etmirlər.

Azpost.info

 

Əvvəlki məqalə

Hindistanın kosmik gəmisi Aya enib

Sonrakı məqalə

Ukrayna Rusiya, Suriya, İran, Belarusla bir sıra müqavilələrdən çıxdı