Ukrayna Rusiya, Suriya, İran, Belarusla bir sıra müqavilələrdən çıxdı

Ukrayna Radası Rusiya, Belarus, İran, Suriya ilə bir sıra müqavilələrə xitam verib, həmçinin MDB çərçivəsində bağlanmış bəzi beynəlxalq sazişlərdən çıxıb.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak bildirib.

Onun sözlərinə görə, parlamentarilər Ukrayna və Suriya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişin ləğvini təsdiqləyiblər və Ukrayna da İranla analoji sazişdən çıxıb.

Kiyev Ukrayna ilə Rusiya arasında beynəlxalq avtomobil daşımaları haqqında müqaviləni ləğv edib. Bundan başqa, deputatlar Ukrayna və Belarus arasında əmək fəaliyyəti və vətəndaşların sosial müdafiəsi haqqında sazişi pozublar.

Azpost.info

Əvvəlki məqalə

ABŞ öz vətəndaşlarına Belarusu Polşa vasitəsilə tərk etməyə icazə verdi

Sonrakı məqalə

Litva dövlət qulluqçularının Rusiya və Belarusa səfərlərinə qadağa qoymaq istəyir