ABŞ öz vətəndaşlarını Livanı təcili tərk etməyə çağırıb.
Azpost.info bildirir ki, bu barədə Dövlət Departamentinin mlumatında bildirilir.
Qeyd olunur ki, Livandakı təhlükəsizlik vəziyyəti dəyişkən və gözlənilməzdir. ABŞ-ın Livandakı səfirliyinin məlumatına görə, ölkə daxilində hava hücumları, pilotsuz təyyarə hücumları və raket hücumları baş verir.
“İran və ona bağlı qruplar Livandakı universitetləri hədəfə ala bilər. Dövlət Departamenti ABŞ vətəndaşlarını kommersiya uçuşları hələ də mövcud olduğu müddətdə Livanı tərk etməyə çağırır”-deyə sənəddə vurğulanır.