Birləşmiş Ştatlar qoşunlarını Nigerdən çıxarmağa başlayıb.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarının qərargah rəisi, polkovnik Mamane Sani Kiau bildirib.
“ABŞ rəsmi olaraq qoşunlarını Nigerdən çıxarmağa başlayıb. Artıq 269 hərbi qulluqçu və 946 ton hərbi texnika ölkəmizi tərk edib”, – o bildirib.
Mart ayında Niger ABŞ-la hərbi müqaviləni ləğv etdi. 2023-cü ilin sonunda Nigerdə təxminən 1100 ABŞ hərbi qulluqçusu var idi və onların əksəriyyəti Aqadez yaxınlığındakı hava qüvvələri bazasında yerləşdirilmişdi.
Azpost.info