ABŞ Maliyyə Nazirliyi iki Rusiya vətəndaşı və üç Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildirilib.
Bu şəxslər və şirkətlərin KXDR-dən Rusiyaya silah tədarükündə iştirak etdikləri iddia edilir.
“Qara siyahı”ya Rafael Kazaryan və onunla əlaqəli “Trans Capital” və “Rafort” şirkətləri, həmçinin Aleksey Budnev və onun “Texnologiya” şirkəti düşüb.
Sanksiyalar ABŞ-da əmlak və aktivlərin bloklanmasını nəzərdə tutur. Bundan başqa, ABŞ-da fiziki şəxslərə və qurumlara sanksiya siyahısında olan şəxslərlə iş görmək qadağandır.
Azpost.info