ABŞ səfiri Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib

ABŞ səfiri Mark Libbi son günlər Ermənistan-Azərbaycan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib.

Diplomat yerli mediaya açıqlamasında bildirib ki, sərhəddəki gərginlik həqiqətən narahatedicidir.

“Belə insidentlər vəziyyətin daha da pisləşmə ehtimalını göstərir. Tərəfləri eskalasiyadan çəkinməyə, dialoqa çağırırıq”, – ABŞ səfiri vurğulayıb.

Diplomat onu da qeyd edib ki, ABŞ hər zaman Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıyıb:

“Biz Azərbaycanın ərazisində hər hansı qurumu tanımamışıq və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT qətnamələrinə səs vermişik”.

Əvvəlki məqalə

Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışacağam

Sonrakı məqalə

“Bizim məhsulların üzərinə məhdudiyyətlər tətbiq edilir” –