ABŞ Ukraynaya 1,2 milyard dollar yardım ayırdı

“Birləşmiş Ştatlar Ukraynaya 10 milyard dollarlıq yardımın 1,2 milyard dollarını ayırıb, qalan vəsait də yaxın aylarda köçürüləcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ maliyyə naziri Canet Yellen bildirib.

“Əlavə 1,2 milyard dolların transferini elan etməkdən məmnunam. Bu, ABŞ-ın yaxın aylarda təmin edəcəyi 10 milyard dollarlıq birbaşa büdcə dəstəyinin ilk tranşıdır”, – nazir deyib.

Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə Yellen qeyd edib ki, Vaşinqton Kiyevi lazım olduğu qədər dəstəkləyəcək.

Azpost.info

Əvvəlki məqalə

Prokuror hindistanlılardan rüşvət almış müstəntiqə 8 il həbs tələb edib

Sonrakı məqalə

BDU-nun 2 saylı tədris korpusunun təmirinə 11 milyon manat xərclənəcək