BDU-nun 2 saylı tədris korpusunun təmirinə 11 milyon manat xərclənəcək

Bakı Dövlət Universitetinin (BDU) Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbəli, zirzəmiyə malik 2 saylı tədris binası  əsaslı təmir ediləcək.

Azpost.info bildirir ki, Universitetin keçirdiyi tenderin qalibi “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti olub.

Tenderin məbləği 10 milyon 950 min 396.33 manatdır.

2010-cu ildən fəaliyyət göstərən və 2050 manat nizamnamə kapitalı olan “VEST-LTD” QSC-nin direktoru Verdəliyev Şahin Əlimərdan oğludur.

Əvvəlki məqalə

ABŞ Ukraynaya 1,2 milyard dollar yardım ayırdı

Sonrakı məqalə

Nazirlik bu şirkətlə 12 milyonluq müqavilə bağladı –