ABŞ Ukraynaya “Zuni” raketlərini təhvil verib- FOTO

Ukrayna ABŞ istehsalı olan “Zuni” raketlərini təhvil alıb. Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Su-25 təyyarəsinin bu raketlərlə fotosunu nümayiş etdirib.

Azpost.info xəbər verir ki, ABŞ rəsmiləri “Zuni” raketlərinin Kiyevə başqa hərbi yardım paketi çərçivəsində təhvil veriləcəyini açıqlamışdı.

İlin əvvəlində Pentaqon Ukrayna Hərbi Hava Qüvvələrinin istifadəsi üçün Kiyevə 4000 idarə olunmayan “Zuni” hava-yer raketlərini tədarük edəcəyini vəd etmişdi.

Azpost.info

Əvvəlki məqalə

Rusiyalı generalın milyarder oğlu Moskvada saxlanılıb

Sonrakı məqalə

“Geomaqnit sahəsi aktiv olacaq”