“ABŞ və Şimali Koreya termonüvə müharibəsinə heç vaxt bu qədər yaxın olmayıb”Kim Çen In

Pxenyan və Vaşinqton arasında qarşıdurma heç vaxt dağıdıcı termonüvə müharibəsinə bu qədər yaxın olmayıb.

Azpost.info xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In Pxenyanda silah sərgisinin açılışında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Koreya yarımadasında münaqişə tərəfləri heç vaxt bu qədər təhlükəli və kəskin qarşıdurmada olmayıblar ki, bu, hər an ən dağıdıcı termonüvə müharibəsinə çevrilə bilərlər.

Kİm Çen In həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar dünyada nüfuzunu saxlamaq və gücləndirmək üçün onun dominant siyasətinə problem yaradan KXDR-in yüksəlişini cilovlamağa çalışır: “Onlar ümumi nüvə silahlarına malik hərbi ittifaqlar sistemini genişləndirirlər, nəhəng strateji zərbə silahları və KXDR ətrafında müttəfiq qüvvələri yerləşdirirlər”.

Azpost.info

Əvvəlki məqalə

Bu ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıb

Sonrakı məqalə

Bu gün Misli Premyer Liqasında növbəti tura start veriləcək