ABŞ və Böyük Britaniya Husi qiyamçılarının nəzarətində olan Yəmən ərazisinə zərbələr endirib.
Bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Əməliyyatda Damar, Saada, Taiz, Hodeyda və Əl-Bayda əyalətləri vurulub.
Zərbə Qırmızı dənizdə husilərin gəmilərə hücumlarına cavab xarakteri daşıyır.