ABŞ və Özbəkistan sərkərdə Əmir Teymur haqqında birgə bədii film çəkib.
Azpost.info bildirir ki, “Netflix”in sifariş verdiyi film tammetrajlı tarixi kino olacaq.
“Teymur” adlanan filmin daxili çəkilişləri (prosesin təxminən 50%-i) Özbəkistanda, xarici hissəsi Qazaxıstanda aparılıb.
Layihə üzərində beynəlxalq aktyor qrupu işləyib. Burada ABŞ, Böyük Britaniya, Avstraliya, Monqolustan, Qazaxıstan və Özbəkistandan olan aktyorlar çəkilib. Filmin rejissoru Ceykob Şvartsdır.
Baş rolu Skandinaviya-hind kökləri olan amerikalı aktyor Kristian Mortensen ifa edib.
Film 2024-cü ildə ekranlara çıxacaq.
Azpost.info




