ABŞ və İran arasında sülh sazişi 24 saat ərzində imzalana bilər –Baş nazir Şahbaz Şərif

ABŞ və İran arasında sazişin növbəti 24 saat ərzində yekunlaşdırılması gözlənilir.

Bu barədə Pakistan Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

“Biz sülh sazişinə əvvəlkindən daha yaxınıq. Sazişin yekunlaşdırılmasının növbəti 24 saat ərzində baş tutacağı gözlənilir və Pakistan bundan dərhal sonra sülh sazişinin elektron imzalanmasına, ardınca isə gələn həftə texniki səviyyəli danışıqlara hazırlaşır”, – Baş nazir qeyd edib.

Şahbaz Şərif danışıqlar zamanı davamlı öhdəlik nümayiş etdirdiklərinə ABŞ və İrana təşəkkür edib, eyni zamanda bölgədəki qardaş ölkələrə göstərdikləri dəstəyə görə səmimi minnətdarlığını ifadə edib.

“Əminik ki, bu tarixi saziş uzunmüddətli və davamlı sülh üçün möhkəm təməl yaradacaq”, – o vurğulayıb.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.