Xameneyinin dəfn mərasiminin yeri və vaxtı açıqlandı

İran keçmiş Ali Rəhbəri Əli Xameneyinin dəfn mərasimlərinin keçiriləcəyi yer və vaxt açıqlanıb.

İran mediası yazır ki, dəfn mərasimləri iyulun 4-də Tehranda başlayacaq və keçmiş Ali Rəhbər iyulun 9-da Məşhəd şəhərində dəfn olunacaq.

Xameneyi və ailə üzvləri üçün mərasimlər 4-9 iyul tarixlərində Tehran, Qum və Məşhəddə keçiriləcək.

Xatırladaq ki, Seyid Əli Xameneyi 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.