ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

ABŞ yaxın bir neçə il ərzində Yaponiyada 48 ədəd beşinci nəsil F-35A qırıcıları yerləşdirməyi planlaşdırır.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Yaponiyanın Misava Hərbi Hava Qüvvələri bazasında 48 ədəd F-35A və 36 ədəd F-16 qırıcısı yerləşdiriləcək. Eyni zamanda, onlar müvafiq olaraq Misava bazasında yerləşdirilən F-16 və F-15-ləri əvəz edəcək.

“Bu addım həm ABŞ Silahlı Qüvvələrinin potensialını, həm də iki ölkənin birgə çəkindirmə və cavab potensialını artırmaq məqsədi daşıyır”, – deyə baş katib qeyd edib.

Bundan əvvəl Pentaqon da müvafiq planları açıqlamışdı.

Əvvəlki məqalə

Bakıda qadın kişini yeyib-içdikləri zaman bıçaqlayıb

Sonrakı məqalə

Amerikalıların 80 faizi Baydeni prezidentlik üçün çox qoca hesab edir