Prezident İlham Əliyevin Balakənə səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

Dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.  Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

Prezident Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ Yerevana xəbərdarlıq etməlidir” –

Sonrakı məqalə

32 yaşlı qadın 12-ci dəfə ana oldu –