Xırdalan şəhərində yanğın hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb. Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.