Abşeron Gənclər Şəhərciyindəki binada qeydə alınan yanğın söndürülüb.  Bu barədəModern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva bildirib.    O, qeyd edib ki, bu, çox kiçik yanğın olub:     "Dərhal da söndürülüb. Ümumilikdə 2 kvadratmetr sahədə xalça yanıb. Hadisə zamanı xəsarət alan olmayıb".