“Açılan yeni iş yerləri çox azdır…” –Deputat

“Hökumətin hesabatında 20 min yeni iş yerinin açıldığı bildirilib. Bu rəqəm çox azdır”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu bizi qane edə bilməz: “Ərzaq məhsullarının inflyasiyası da 8%-dən çoxdur. Rusiyada baş verənlər səbəbindən xaricdən pul göndərilməsində axsamalar olacaq. Bu isə əhalinin müəyyən sosial problemlərlə üzləşməsinə səbəb ola bilər”.

Q. Həsənquliyev deyib ki, 2021-ci ildə respublikanın sənaye sektoruna 7 milyarddan çox, qeyri-neft sektoruna isə 1 milyarddan çox vəsait qoyulub: “Bu çox kiçik rəqəmdir”-deyə deputat vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Medvedyev, Mişustin, Şoyqu, Zaxarova, … –

Sonrakı məqalə

“Problemləri birdən-birə həll etmək mümkün deyil” –