“Problemləri birdən-birə həll etmək mümkün deyil” –Baş Nazir Əli Əsədov

“Bu gün hökumətin Milli Məclis qarşısında hesabat verməsindən qürur hissi duyuruq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, millət vəkilləri öz seçicilərinin adından fikirlərini səsləndirirlər: “Çıxışlarda təriflər də, tənqidlər də oldu. Ancaq əsas məqam ondan ibarətdir ki, Milli Məclisin və hökumətin amalı birdir”.

Baş nazir qeyd edib ki, bütün problemləri birdən-birə həll etmək mümkün deyil: “Hər il yeni ilin büdcəsi qəbul ediləndən sonra məsələlər qaldırılır. Büdcənin icrası bizim vəzifəmizdir. Həyatda insanların tələbatlarına uyğun olaraq yeni xərclər formalaşır. Bu istiqamətdə bütün mümkün olan məsələlərə baxılacaq və lazım olan tədbirlər görüləcək”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir