Adil Qeybulla həbsdə olan Bəxtiyar Hacıyevlə görüşüb –AÇIQLAMA

Tibb elmləri doktoru Adil Qeybulla bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar hissəsində həbsdə olan ictimai fəal Bəxiyar Hacıyevlə görüşüb.
Azpost.info bildirir ki, bbu barədə A.Qeybulla məlumat yayıb.
Onun sözlərinə görə, 04 fevral 2023-ci il tarixdə, saat 09.00-da Tibbi-Sanitar hissəsində Bəxtiyar Hacıyevlə onun həbsdə olduğu müddətdə ikinci dəfə görüşüb. Görüşə vəkillərin və vətəndaş cəmiyyəti üzvlərinin çoxsaylı müraciətləri əsasında Ədliyyə Nazirliyi tərəfindən icazə verilmişdi.
” Müayinə prosesi Tibb İdarəsinin həkimlərinin iştirakı ilə aparıldı. Bəxtiyar bəyin vəziyyəti aclıq aksiyasının gedişinə uyğundur. Ürəkbulanma, qusma, ümumi halsızlıq, zəiflik, baş və mədə ağrılarından, başgicəllənmədən şikayət edir. Çəkisi 71 kg. Bədən çəkisinin itirilməsi – 13 kg. Hemodinamik və laborator göstəriclərində baş verən dəyişiklik (Arterial təzyiq – 80/60 mm .c.st., nəbzi 90, səkəri 3.8 mmol/l. Təmasa girmək və koordinasiya qabiliyyəti zəifləyib. Müayinə aparıldı və söhbət etdik. Ailə üzvlərinə və bütün dostlara salamlar söylədi”.
Əvvəlki məqalə

Şəmkirdə qardaş 27 yaşlı bacısını öldürdü

Sonrakı məqalə

“İranı xilas edin!” –