Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb.
Azpost.info axşam.az-a istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib.
Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib.
Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.