AFB Bank işçilərin maaşını kəsib, rəhbərliyin mükafatını artırıb

AFB Bank
AFB Bank

Azərbaycanda fəaliyyət göstərən “AFB Bank” ASC-də işçilərlə rəhbərlik arasındakı maaş fərqi daha da böyüyüb. AzPost xəbər verir ki, bankın 2024-cü il maliyyə hesabatında yer alıb.

Belə ki, işçilərə ödəniləcək vəsait 642 min manata düşüb. Halbuki bu məbləğ ötən il 1 milyon 361 min manat olub. Yəni 2 dəfədən çox azalma baş verib. Sosial müdafiə fonduna (DSMF) edilən ödənişlərdə də ciddi azalma müşahidə olunub — 219 mindən 110 min manata.

Ən maraqlısı isə rəhbərliyə ayrılan pullardadır. Bankın Müşahidə Şurası və İdarə Heyətinin üzvlərinə ödənilən qısamüddətli müavinətlər 700 min manatdan 1 milyon 4 min manata yüksəlib. Artım faizi 43% təşkil edir.

Əlavə edək ki, AFB Bank aktivlərinə görə ölkədə fəaliyyət göstərən 22 bank arasında 20-ci sırada qərarlaşıb.

Maraqlıdır ki, bank işçilərinin maaşlarını kəskin azaltsa da, rəhbər şəxslərin mükafatlarını artırmağa üstünlük verib. Məsələ ilə bağlı bankdan hələlik rəsmi açıqlama verilməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.