Elxan Məmmədov AFFA-nın baş katibi vəzifəsindən azad olunub –YENİ TƏYİNAT

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Apasport.az xəbər verir ki, müzakirələrdən sonra bəzi qərarlar qəbul olunub.

Qurumun 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunub.

O, bu postda icraçı vitse-prezident Elxan Məmmədovu əvəz edib. Məmmədov 2007-ci ilin iyulundan bu vəzifəni icra edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiyanın Ukryanaya hucum planından xəbərimiz olmayıb” –

Sonrakı məqalə

Kuleba Çavuşoğlu ilə Lavrovla danışıqların taktikasını müzakirə edəcək