Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.
Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.