Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb- DETALLAR

Bakıda 23 yaşlı kişi soyuqdəymədən ölüb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini son 20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alırmış.

Hal pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Elmi-Tədiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı ilə diaqnozu ilə kritik ağır vəziyyətdə birinci reanimasiya şöbəsinə yerləşdirilib.

Reanimatoloq və pulmanoloqun nəzarəti ilə intevsiv müalicə tədnbirlərinə baxmayaraq, xəstədə fevralın 1-də saat 06:30 bioloji ölüm qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda azərbaycanlı qətlə yetirilib

Sonrakı məqalə

“Avropa Şurası ilə münasibətlər qurarkən milli maraqlar çərçivəsində ciddi düşünməliyik”