Ağdamda dağlıq-meşəlik ərazidə yanğın söndürülüb- FOTO

Fövqəladə Hallar Nazirliyinin 112 – qaynar telefon xəttinə Ağdam rayonunun Cinli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək onun geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində ümumilikdə açıq ərazidə təxminən 40 hektar sahədə kol-kos, quru ot və 20 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik yanğından mühafizə olunub.

Əvvəlki məqalə

“Duqinanın qətli alçaq və qəddar cinayətdir”

Sonrakı məqalə

Galaxy Z Fold4 və Galaxy Z Flip4 öncədən sifariş et!