İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Hasil Eldar oğlu Yusubov Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxananın şöbə müdiri Nofəl Zeynalov bildirib ki, 1997-ci il təvəllüdlü xəstəyə sol baldırın aşağı üçdəbirinin travmatik amputasiyası diaqnozu qoyulub. Xəstəyə ilkin müdaxilələr olunub, yara qanaxması dayandırılıb və Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib(azərtac).