Ağdamda mina terroru nəticəsində şəhid olan polkovnik-leytenant dəfn olunub- FOTO

Sentyabrın 24-də Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan polkovnik-leytenant Şadmanov Əkrəm Yunis oğlu dəfn olunub.

Şəhid hərbçi 2-ci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.

Fakta görə Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Əvvəlki məqalə

“Putin getsə də, Rusiya dəyişməyəcək”

Sonrakı məqalə

“Rusiya müharibə aparmağın bir bədəli olduğunu bilməlidir”