Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Ağır atletika üzrə çempion olmuş dirijor Niyazi –

User 31 Yanvar 2026 - 15:00 (Last updated: 31 Yanvar 2026 - 10:19)
Dirijor Niyazi

Dirijor Niyazi

Məşhur dirijor və korifey bəstəkarımız  Niyazi gənc yaşlarında ağırlıqqaldırma ilə məşğul olub. Azpost.info bildirir ki, bununla bağlı rekord.az saytının rəhbəri Kənan Məstəliyev sosial şəbəkədə maraqlı sənəd paylaşıb.
Niyazi “Dinamo” cəmiyyətinin bu idman növü üzrə yarışlarında birinciliklər qazanıb, 16-18 yaşlarında yüngül çəki dərəcələrində Bakı və Azərbaycan çempionatlarında iştirak edib, yüksək nailiyyətlər əldə edib.
Sonradan konservatoriyaya daxil olan və əsasən musiqi ilə məşğul olan incəsənət xadimi idmandan ayrılmayıb.
Niyazi II Dünya Müharibəsindən sonra 1948-1955-ci illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və idman idarəsinin Respublika ağır atletika bölməsinin sədri (indi analoji vəzifə Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir) vəzifəsində çalışıb.
Ona həmçinin Azərbaycan SSR Səhiyyə Nazirliyinin bədən tərbiyəsi və İdman İdarəsinin tərəfindən ağır atletika idman növü üzrə Respublika dərəcəli hakim adı da verilib.
Uzun müddət bu postu tutan Maestro bir çox idmançının yetişməsinə, onların İttifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib.
Təqdim olunan fotoların birində 1929-cü ildə ağır atletika idmanı üzrə Ümumi Bakı ictimai yarışında iştirakı zamanı, 2-ci yeri tutduğuna görə Bakı Bədən Tərbiyəsi Şurası tərəfindən Maestroya verilən diplomdur. Digər fotolarda Maestronun məşq etdiyi məqam, həmçinin hakim və rəhbər olduğunu təsdiq edən vəsiqələri əks olunub.
Bu şəkillər ictimaiyyət üçün ilk dəfə yayınlanır.

AzPost.az

Post navigation

Previous: Bakıda Yeltsin və Nazarbayevin Qarabağla bağlı Ayaz Mütəllibovla görüşü –
Next: Alimlər ömrü uzadan yeni gen aşkarlayıblar

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
Qətər İran və ABŞ-İsrail müharibəsinin dayandırılması ilə bağlı yeni razılaşma təklif edib. Reuters agentliyinə danışan mənbənin bildirdiyinə...
Read more about Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb
İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var qatar qeza ispan
  • Dünya

İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var

User 28 Oktyabr 2026 - 15:58
Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır” putin
  • Dünya

Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”

User 28 Oktyabr 2026 - 15:37
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı ramiz
  • Sosial

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

User 28 Oktyabr 2026 - 15:15
Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək burcler
  • Maraqlı

Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək

User 28 Oktyabr 2026 - 14:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.