Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Alimlər ömrü uzadan yeni gen aşkarlayıblar

User 31 Yanvar 2026 - 15:19 (Last updated: 31 Yanvar 2026 - 10:23)
qocalar

Alimlər uzunömürlülüklə əlaqəli yeni gen aşkarlayıblar.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sağlam qidalanmanın, idman etmənin, siqaret çəkməməyin və güclü sosial əlaqələrin qurulmasının ömrü uzadan amillərdən olduğu qəbul edilir.

Mütəxəssislər canlıların ömründə genetikanın böyük rol oynadığını da bilirlər. Hansı genlərin ömrü uzatdığını bilmək alimlərə qocalmanı və bu proses zamanı baş verən xəstəlikləri daha yaxşı anlamağa kömək edir. Bu sayədə xəstəliklərə qarşı daha inkişaf etmiş dərman və üsullar istehsal oluna bilər.

Kopenhagen Universitetinin tədqiqatçıları bu istiqamətdə mühüm addım ataraq ömrü uzadan yeni gen müəyyən ediblər. Tədqiqatçılar uzunömürlülüklə yaxından əlaqəli olan FOXO transkripsiya faktorları adlı bir qrup zülalları araşdırarkən belə bir qərara gəliblər.

“Nature Communications” jurnalında dərc edilən araşdırmada ifadələri dəyişdikdə həyatın uzunluğunu dəyişən 10 gen müəyyən edilib. “OSER1” adlı genin ən böyük təsirə malik olduğunu anlayan alimlər buna diqqət yetiriblər. Tədqiqatçılar qeyd ediblər ki, “OSER1” meyvə milçəklərində, yuvarlaq qurdlarda və ipəkqurdlarında, eləcə də insanlarda olur. Komanda hazırda “OSER1”-in insanlarda oynadığı rolun dərəcəsini aydın şəkildə müəyyən etməyə çalışır.

Kifayət qədər resurs olmadığını bildirən Zhiquan Li, aparıcı müəllifi olduğu araşdırma haqqında bildirib ki, “OSER1”in qocalmanın və uzunömürlülüyün əhəmiyyətli tənzimləyicisi olduğunu nümayiş etdirən ilk araşdırmadır: “Gələcəkdə biz “OSER1”dən təsirlənən yaşla bağlı xüsusi xəstəliklər və qocalma prosesləri haqqında məlumat verməyə ümid edirik”.

Tədqiqatçılar qocalma ilə əlaqəli xəstəliklərə qarşı dərmanlar hazırlamağı hədəflədikləri üçün araşdırmanın əvvəlindən insanlarda olan genlərə diqqət yetirdiklərini ifadə ediblər.

“Əgər bu gen yalnız heyvanlarda olsaydı, insan sağlamlığına uyğunlaşmaq çətin olardı”, – deyə Zhiquan Li izah edib.

Genin ömür uzunluğuna təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olsa da, nəticələər insanların sağlam və uzun ömür sürməsinə kömək edən tədqiqatda mühüm bir addım olduğunu göstərir.

AzPost.az

Post navigation

Previous: Ağır atletika üzrə çempion olmuş dirijor Niyazi –
Next: Boşanma hallarının artması: Ailə institutuna nə olur?

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

israil
  • Dünya

İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr

User 28 Oktyabr 2026 - 16:59
İsraildə bülletenlərin 84,5%-i sayılıb.   Son məlumata görə, Netanyahunun “Likud” partiyası parlamentdə 27, Qadi Ayzenkotun “Yaşar” partiyası isə...
Read more about İsraildə seçki bülletenlərin 84,5%-i sayılıb – Nəticələr
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib statistika
  • Sosial

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

User 28 Oktyabr 2026 - 16:53
Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb qeter
  • Dünya

Qətər İranla müharibənin dayandırılması üçün yeni təklif irəli sürüb

User 28 Oktyabr 2026 - 16:14
İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var qatar qeza ispan
  • Dünya

İspaniyada dəhşətli qatar qəzası – Onlarla ölən, yüzlərlə yaralı var

User 28 Oktyabr 2026 - 15:58
Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır” putin
  • Dünya

Putin yeni dünya nizamından danışdı – “Bu dövr başa çatır”

User 28 Oktyabr 2026 - 15:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.